Dünyada ən böyük atlas

5 İyun 2021 17:17 (UTC+04:00)

Atlas insanlar tərəfindən böyük maraq doğurur. Dünyada ən böyük atlas Berlin dövlət kitabxanasında saxlanılır.

SİA xarici mətbuata istinadən xəbər verir ki, atlasın hündürlüyü 1m 70sm, eni 2 m 20 sm, yaşı isə 200 ilə yaxındır.

Bu kitabxanada 8 min atlas saxlanılır. Bundan başqa 7min nüsxə müxtəlif kartoqrafik ədəbiyyatlar mövcuddur. Kolleksiyanı 1661-ci ildən yığmağa başlayıblar.

Ayşən Vəli