Qarğıdalı bu səbəbdən partlayır

5 İyun 2021 16:40 (UTC+04:00)

Bir çoxumuzun, xüsusilə də uşaqların sevimli qidası olan partlamış qarğıdalı əslində özəl bir qarğıdalı çeşididir. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun partlamasının səbəbi qarğıdalının içindəki sudur.

Qarğıdalı yetərincə isti olduqda bu su buxara çevrilir. Sərt qabıq səbəbilə buxarın gedəcəyi yer olmur.

İstilik təxminən 180°C-yə çatdıqda qarğıdalı partlayır və partlamış qarğıdalı tərs çevrilir. Partlamış qarğıdalının köpüklü görünməsinin səbəbi isə qarğıdalının içindəki nişastadır.

Ayşən Vəli