Heyvanlardakı insani hisslər MARAQLI MƏQAMLAR

5 İyun 2021 15:25 (UTC+04:00)

Aparılan araşdırmalar nəticəsində məlum olur ki, heyvanlarda da insanlara məxsus olan insani keyfiyyətlər və hisslər var. San-Fransisko zooparkında pələnglərin qəfəsinə yaxınlaşan 3 nəfər onları incidiblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, uzaqlaşandan sonra isə pələnglərdən biri açıq qapıdan çıxaraq insanların arasından keçərək heç kimə hücum etməyib. Sakitcə həmin 3 nəfəri taparaq onları parçalayıb və intiqamını alıb.

Rusiyada da belə bir hadisə baş verib. Meşələrdən birində biri pələngi yaralayıb və pələng ovçunun yaşadığı yeri taparaq onu parçalayıb. Maraqlısı odur ki, bu zaman digər ovçulardan heç birinə toxunmayıb.

Alimlərin apardığı təcrübələrdən birini təqdim edək: “Kiçik işgəncə kamerası yaradılıb və iki siçan ora salınıb. Bir müddət işgəncə verdikdən sonra siçanlardan birini çölə buraxıblar. Ətrafında yeməli şeylər olmasına baxmayaraq siçan qaçmayıb. Dostu da xilas etdikdən sonra onunla yeməli şeyləri bölüşüb”.

Fillərin qəribə xüsusiyyəti var. Onlar ölmüş fil sümüklərinə rast gələndə kədərlə və mehribanlıqla xortumları ilə onu sığallayırlar. Bununla da kifayətlənməyən heyvanlar skeleti yarpaq və kolların altında dəfn edirlər.

Ayşən Vəli