Dünyanın ən maraqlı kitabxanası FOTOLAR

5 İyun 2021 15:05 (UTC+04:00)

Kitabxana Rotterdamda yerləşən “MVRDV”memarlıq firması tərəfindən yerli memarlar qrupu olan Tianjin Şəhərsalma və Layihə İnstitutu tərəfindən dizayn edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yerli hökumət tərəfindən sürətləndirilmiş bir tikinti cədvəli verildiyi üçün layihə üç il ərzində öz qapılarını ziyarətçilərinə açıb. 2014-cü ildən etibarən tikinti işlərinə başlayan Tianjin Binhai kitabxanası 2017-ci ilin oktyabr ayında açılıb.

Kitabxananın açılış günündən sonrakı ilk həftədə gün ərzində təxminən 10.000 adam gəlib və bu izdiham növbələrin yaranmasına səbəb olub.

Beş mərtəbəli kitabxananın ümumi sahəsi 33700 kvadrat metrdir. Burada 1,2 milyon kitabı əhatə edən döşəmədən tavana qədər terraslı kitab rəfləri və mərkəzdə 110 nəfərlik auditoriya rolunu oynayan böyük, işıqlı kürə var. Hansı ki, bu kürəyə “göz” ləqəbi verilib. Birinci və ikinci mərtəbələrdə əsasən istirahət zonaları və oxu otaqları yer alır. Yuxarıdakı mərtəbələrdə kompüter otaqları, iclas otaqları və ofislər fəaliyyət göstərir.

Ayşən Vəli