Yay aylarının vazkeçilməz turş meyvələri sırasına aid olan alçanın bilmədiyimiz faydaları var. Tərkibi C, A və K vitamini və minerallar ilə zəngindir. Bir çox insanların sevmədiyi alçanın əslində bilmədiyimiz faydaları çoxdur. Bəs bunlar nələrdir?
1. Rəngi qırmızı olmasa da qan probleminə yaxşı təsir etdiyi bildirilir.
2. Alça C vitamini deposudur və kalsiumla zəngindir. Yorğunluğu aradan qaldırır, dişləri və sümüyü bərkidir.
3. Yağlı və ağır qidalar yediyiniz zaman alça qəbul etsəniz tükətdiyiniz qidanın sağlamlığınıza ziyan verməsinin və təzyiq yüksəlməsinin qarşısını alar. Fosforla zəngindir, yaşlanmanı və dərinin qocalmasını önləyir, artıq çəkini və piylənməni azaldır, qan şəkərinin qarşısını alır. Alçanı günorta saatlarında qəbul etmək daha yaxşıdır.
Bəs alça hansı xəstəlikləri önləyir?
1. Mensturasiya dövrünü normaya salır.
2. Qızdırmanı salır.
3. Qaraciyər xəstəliklərinin qarşını alır.
4. Qəbizliyi aradan qaldırır.
5. Qan şəkərinə yaxşı təsir edir.
6. Dəmir əksikliyinin qarşısını alır
7. Ağ ciyər xəstəlikləri, xroniki xəstəliklərin qarşısını alır.
Lətifə Abdıyeva