"Formula1"də növbəti qəza - BAKI 2021

5 İyun 2021 13:41 (UTC+04:00)

Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində F1 üçüncü sərbəst yürüşləri zamanı növbəti qəza qeydə alınıb. SİA-nın məlumatına görə, “Red Bull Racing Honda” komandasının pilotu Maks Verstappen idarəetməni itirərək yol kənarına çırpılıb və bolidi yararsız hala düşüb.

Bolid trekdən kənarlaşdırılıb.