Dünyanın ən təhlükəli pendiri

5 İyun 2021 13:11 (UTC+04:00)

Bu pendir 2009-cu ildə Ginnesin Rekorlar Kitabına dünyanın en təhlükəli pendiri olaraq qeyd olunub. SİA xəbər verir ki, “Casu marzu” çürümüş pendir mənasını verən daxilində canlı böcək sürfələri ehtiva etməsi ilə məşhur olan Sardiniyaya aid qoyun pendiridir. Lakin pendir Sardiniya adasında hazırlansa da, ilk öncə yaxınlıqdakı Korsika adasında “casgui merzu” adı ilə tanınıb.

Keçək bu "ləziz pendirin" hazırlanmasına “Casu marzu” normal Pecorino pendirləri bir müddət mayalandıqdan sonra üst hissəsi kəsilərək milçəklərin pendirin üzərinə öz süfrələrini qoymasına icazə verilir. Bu proses də bir milçək təqribi olaraq 500-dən çox yumurtacığını qoyur. Bir müddət sonra bu yumurtalar qırılır və süfrələr öz fəaliyyətinə başlayaraq fermentasiyanı növbəti səviyyəyə qaldırır və qurdların daxilindəki maye(lagrima) pendir tərkibindəki yağ təbəqəsini parçalamağa başlayır. Beləliklə pendir getdikcə yumşalır.

Pendir artıq istifadə mərhələsində gəldiyində tərkibində minlərcə qurd da öz yerini almış olur. İstifadə zamanı ilk baxışdaca pendirin üzərindəki sürfələr 8 mm uzunluğunda şəffaf ağ qurdlar kimi görünür.

O cümlədən, qeyd etmək lazımdır ki, bu sürfələr özləri narahat olduqlarında 15 sm hündürlüyə tullana bilmək kimi xüsusiyyətə malikdirlər. Ağız dadından asılı olaraq bəzi insanlar bu pendiri sürfələri ilə birlikdə yeyir, bəziləri isə yeməkdən əvvəl sürfələri təmizləyir.

Ayşən Vəli