Filippinlərin maraqlı qidası - FOTO

5 İyun 2021 12:48 (UTC+04:00)

Balut Filippinlərin ilk ekzotik qida delikateslərindən biri hesab olunur. SİA xəbər verir ki, Çin mədəniyyətindən ilhamlanan balut, təxminən 200 il əvvələ təsadüf edir.

Filippinlərdə geniş istifadə edilən bir küçə yeməyi olsa da, eyni zamanda Tayland, Çin, Malayziya, o cümlədən Vyetnamda da populyardır. Balutu təsvir etməyin necə deyərlər, yaradıcı yolu yoxdur, sadəcə onu olduğu kimi desək - döllənmiş ördək yumurtasıdır. Bəli, müəyyən bir müddət ərzində təxminən 104 dərəcə farengeytdə inkübe edilmiş bir ördək yumurtasıdır.

Balut üçün mayalanma prosesi 16-20 gün arasında dəyişir. Bu hesabla bu döllənmiş ördək yumurtasının içərisində yumurtadan çıxmağına təxminən bir həftə qalan bir embriondur. Bunu təsəvvür etmək o qədər çətin deyil inkişaf müddətində bu embrionun tükləri və dimdikləri olacaq.

Bir vaxtlar yüksək səviyyəli bir yemək sayılan bu ecazkar qida, indi soyuq bir pivə ilə daha da ləzzət alır. Onlar üçün balut sadəcə zövq alınacaq bir şey deyil, bir həyat tərzidir.

Ayşən Vəli