“Anatolian Phoenix-2021” təlimi sona çatıb FOTO

5 İyun 2021 10:30 (UTC+04:00)

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi sona çatıb.

SİA bu barədə Müdafiə Nazirliyinə istinadən məlumata verir.

Qeyd edək ki, Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunurdu.