Yerli dildə "dinc yer" mənasına gəlib fransız Polinezyası yaxınlığında yerləşən "Tikehau Adası", digər adalardan öz bənzərsiz görünüşü ilə fərqlənir. SİA xəbər verir ki, səmadan baxıldığında oval şəklində bir quruluşa sahib olub, orta hissəsi sanki bir göl kimi quru yolu ilə okeandan ayrılır.
O cümlədən, toplum tərəfindən bu qeyri-adi ada, oval formalı mərcan qayalığı kimi tanınır. Bu mərcanların xüsusi ilə də okeandan ayırdığı bölgə inanılmaz firuzə rəng çaları ilə diqqətləri cəzb edir. Təqribən 300 nəfər əhalisi olan bu möhtəşəm ada hər il on minlərlə turisti qəbul edir.
Hətta zamanla turizm inkişaf etdikcə gediş-gəlişi asanlaşdırmaq üçün bu adada hava limanı belə tikilib. Adanı ilk dəfə ziyarət edən rusiyalı dənizçi Otto Von Kotzebue olub.
Ayşən Vəli