Üzük sayəsində varlandı

4 İyun 2021 14:27 (UTC+04:00)

İngiltərənin paytaxtı Londonda maraqlı hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda yaşayan Debra Goddard, 33 il əvvəl ikinci əl dükandan 10 dollara üzük alıb.

Anası aldanaraq pulunu sadə üzüyə xərclədiyi üçün peşman olub. Lakin, bir müddət sonra Goddard üzüyü baha qiymətə satacağına ümid edərək zərgər mağazasına aparıb. Orada üzüyün üzərində 27 karat həqiqi brilyant və dəyərinin 740.000 dollar olduğunu öyrənib. Üzükdən əldə etdiyi pulu xeyriyyə işlərinə xərclədiklərini bildirib.

Lətifə Abdıyeva