Körpə Orkide çiçəyi haqqında bilmədikləriniz - FOTOLAR

4 İyun 2021 12:21 (UTC+04:00)

"Anquloa uniflora" ailəsinin çiçəkli bitki növlərindən biri olan "körpə orkide" çiçəyi daha çox Cənubi Amerikada And dağlarının təqribən 1400-2500 metr yüksəkliyində böyüyür. SİA xəbər verir ki, bu çiçəyin adı çiçəkləmə zamanında sanki "bələnmiş bir körpəyə bənzədiyi üçün" "körpə orkide" çiçəyi adlandırılır.

Əlavə olaraq qeyd edək ki, günəş şüalarını sevməyən bu qeyri-adi çiçək, ağacların gövdələrində və qaya çatları arasında böyüyür və yaz-yay aylarında çiçək açır. O cümlədən öz inkişafı üçün uyğun mühit yarandığı zaman 1 metrə qədər böyüyə bilən (ev şəraitində 80 sm-ə çatır) çiçəyin ömrü 3-10 ildir.

Ayşən Vəli