Çində sərnişin qatarı dəmiryolu xətti üzərindəki - İşçiləri vurub

4 İyun 2021 08:55 (UTC+04:00)

Çinin Uyğur Muxtar Vilayətinin inzibati mərkəzindən - Urumçi şəhərindən Zejianq əyalətinin Hançjou şəhərinə gedən sərnişin qatarı dəmir yolu xətti üzərindəki işçiləri vurub. SİA Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 dəmir yolu işçisi dünyasını dəyişib.

Hadisə Qansu vilayətinin Jinçanq mahalında yolun 401 kilometrliyində qeydə alınıb.

Qatarın tam sürətlə hərəkət etdiyi bildirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.