Şahzadə Diananın gəlinliyi Kensington sarayında nümayiş olunmağa başlayıb.
Uels Şahzadəsi Diananın 40 il əvvəl toy günündə geyindiyi paltar Kensington sarayındakı keçmiş evində nümayiş olunur.
Bu il 60 yaşı qeyd edən Diananın gəlinliyi oğulları Şahzadə Uilliam və Heri tərəfindən sərgiyə bağışlanıb. Gəlinlik David və Elizabet Emanuel tərəfindən 1981-ci ilin iyul ayında toy üçün hazırlanıb.
Gəlinlik yanvar ayının 2-dək sarayda nümayiş olunacaq.