İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
SİA xəbər verir ki, La Liqa təmsilçisi “Dinamo”dan (Tiflis) Georgi Mamardaşvilini heyətinə cəlb edib.
“Valensiya” 20 yaşlı qapıçını bir illik icarəyə götürüb. La Liqa klubunun gürcü futbolçunun transfer hüquqlarını da ala bilər.
Qeyd edək ki, "Dinamo"nun yetirməsi olan Georgi "Rustavi" və Tiflis "Lokomotiv"ində də icarə əsasında çıxış edib.