Kokos yağının - 6 istifadə qaydası

1 İyun 2021 18:20 (UTC+04:00)

Kakos yağı pəhriz və baxım vasitəsi kimi getdikcə populyarlaşır. Lakin, bir çoxumuz kokos yağının harada və necə istifadə ediləcəyini bilmirik. Kokos yağının 6 istifadəsini tərtib etdik.

1- Makiyaj təmizləyicisi

Makiyajı çıxardarkən tez-tez dərimizi zorlayan məhsullardan istifadə edirik. Kokos yağı isə makiyajınızı dərinizə zərər vermədən sağlam bir şəkildə çıxarmanıza kömək edir.

2- Pəhrizə əlavə

Pəhriz saxlayarkən aclıq əzabı çəkirsinizsə, yaxşı bir iştaha yatırıcıya ehtiyacınız var. Yeməkdən əvvəl yarım çay qaşığı kokos yağını bir fincan türk qəhvəsinə əlavə etdiyiniz zaman iştahınıza nəzarət edəcəksiniz.

3- Saç maskası

Kokos yağı yalnız saçları yeniləmir, həm də bəsləyir və gücləndirir. Hər həftə saç dərinizə kokos yağı çəkərək saçlarınızı daha sürətli və daha güclü böyüdə bilərsiniz.

4- Göz ətrafı üçün

Göz bölgəsi son dərəcə həssasdır. Kokos yağı həm qırışları azaldır, həm də nəmləndirməyə kömək edir. Axşam və səhər gözlərinizin ətrafına masaj edərək tətbiq edə bilərsiniz.

5- Sağlam qidalanma üçün

Yeməklərin qidalanma dəyərlərini qoruyan kokos yağı, daha sağlam yemək yeməyinizə kömək edir. Üstəlik, yeməyin dadını artırır.

6- Ağız və diş sağlamlığı üçün

Kokos yağı ilə qarqara etmək ağzınızdakı bakteriyaları məhv edəcək. Ağız və diş sağlamlığı üçün müntəzəm olaraq kokos yağı istifadə edə bilərsiniz.

Ayşən Vəli