Ötən ay 739 hektar ərazini minalardan təmizləyib - ANAMA

1 İyun 2021 14:30 (UTC+04:00)

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir ay ərzində işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb. ANAMA-dan SİA-ya verilən xəbərə görə, mayın 1-dən 31-dək işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 369, tank əleyhinə 74 mina, 1090 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

739,5 ha ərazi mina və PHS-lərdən təmizlənib.