Ermənistan üçün qanlı “bazarlıq”: Putinin “ovu” kimdir?

1 İyun 2021 12:50 (UTC+04:00)

Ermənistan nəyəsə “hamilədir”, bu dəqiqdir. Yox, artıq hansısa küçə “inqilabı”, yaxud yeni siyasi aktyorların şouları gözlənilən deyil. Bunlar arxada qaldı. Amma ermənilər Nikol Paşinyanın siyasi şoularına, deyəsən, min dəfə şükür oxuyacaqlar. Çünki bu dəfə daha betəri olacaq kimi görünür. İşğalçı ölkədə qan canağa yığılıb və hər an İrəvan küçələri erməni qanı ilə sulanmağa çox yaxın görünür. Robert Koçaryan İrəvanı al qana boyamasa, əl çəkənə oxşamır. “Öz qanında çiməsən” deyimi bu yerdə lap əməllicə yerinə düşür...

Bu gün cavabı çətin sual budur: Ermənistanı bölüşdürmək uğrunda amansız oyunda kim kimin tərəfindədir, kim kimin “əlinə oynayır”? Yekəqulaq paşikin ipi kimin əlindədir, Vladimir Vladimiroviçin, Corc Sorosun, Co Baydenin, yoxsa bir başqasının?

Son bir neçə gün ərzində cəbhə xəttində yaşanan təxribat şouları Ermənistanın təkcə Nikol Paşinyan tərəfindən idarə olunmadığını açıqca ortaya qoyub. Sanki suyu qurumuş, dağılıb pərən-pərən olmuş erməni ordusunda hərbi elita hazırkı hakimiyyəti “odun içinə atıb” idarəolunmaz xaos yaratmaq üçün ağla gəlməyən ən axmaq və təhlükəli ssenariləri işə salmağa çalışır. Sözsüz ki, hərbçilər bu cür əmrləri siyasi generallardan alırlar. Ya Qərb olsun, ya da Moskva.

Bölgədə elə bir situasiya yaranıb ki, indi kimin əlinin kimin cibində olmasını aydınlaşdırmaq müşkül məsələdir. Əslində, nədənsə erməni zabitlərinin Moskvapərəst olması daha çox inandırıcıdır. Çünki daima N.Paşinyanın ən qatı əleyhdarı olan, hazırkı hakmiyyət sahibindən amansız qisas almaq üçün alışıb yanan Robert Koçaryan, ən güclü dəstəyi məhz ordudakı zabitlərdən alıb.

Yəqin xatırlayarsınız, keçmiş Baş qərargah rəisi ilə N.Paşinyan arasındakı rəzalət dolu qarşıdurmada erməni generalları bir köynək Moskvaya yaxın mövqedə dururdular. Amma ortada gün kimi aydın olan bir fakt da var: hazırkı vəziyyətdə Azərbaycanla sərhəddə bu cür təxribatlar törətmək, 10 noyabr razılaşmasını sual altına salmaq qəti olaraq Moskvanın maraqlarına xidmət etmir. Çünki bu razılaşma məhz Kreml sahibinin müəllifliyi ilə reallaşmışdı. V.Putinin qoyduğu xətti bu gün məhz Ermənistan tərəfi tapdalamağa başlayıb. Amma kim Rusiya rəhbərinin qoyduğu cizgiləri aşırmaya çalışır? Axı N.Paşinyan müharibənin ilk günündən sona qədər və ondan sonrakı dövrdə də birbaşa Vladimir Vladimiroviçin “əlinə oynayıb!”. Açıq görünür ki, bu işin içində başqa güclərin barmağı gəzir. Sanki seçkilər ərəfəsində Ermənistanda idarəolunmaz xaos üçün amansız plan reallaşdırılır. Lap 1999-cu ilin parlament qırğınının qoxusu gəlir...

Bu gün həm də Ermənistanı bölüşdürmək uğrunda amansız savaşın getdiyi göz önündədir. Heç bir iqtisadiyyatı, təbii sərvətləri olmayan, dərə-təpədən ibarət bu ac-yalavac ölkə, tarix boyu Qafqazda dünya güclərinin “hürən iti” olmağına görə “dəyər qazanıb”. Daima Rusiyanın bölgədəki itaətkar köpəyi olan Ermənistan, zaman-zaman Fransa, İngiltərə və başqalarına da öz “xidmətlərini” təklif edib. Erməni üçün müştərinin kimliyi önəmli deyil, önəmli olan öz alçaqlığı ilə özünün mövcudluğunu saxlamaq istəyidir.

Xüsusilə bölgədə daima Türkiyəyə qarşı amansız alçaqlığı ilə fərqlənən ermənilər, Fransa, İngiltərə və Almaniya kimi dünya gücləri üçün də əla “yemdir”. İstənilən zaman Türkiyə əleyhinə ən alçaq missiyanı bu satqın və nankor ölkəyə həvalə etmək, zaman-zaman Türkiyə və Azərbaycana qarşı hücum kartı kimi ermənilərdən yararlanmaq supergüclər üçün qaçırılmaz fürsətdir. Və... və bu məsələdə artıq Moskva ilə qərbdəkilər arasında savaş başlayıb. Çünki Rusiya heç zaman tarix boyu itaətkar əlaltısı olan, Qafqazda daima öz maraqları üçün it yerinə istifadə etdiyi alçaq erməniləri kiməsə peşkeş edə bilməz. Bu, sadəcə, mümkünsüzdür. V.Putin istəsə günü bu gün Gümrüdəki hərbi hissədən 3-5 əsgəri göndərib, Moskvaya qarşı baş qaldıran istənilən asi erməni siyasətçisini “Kalaşnikov”un qundağına bağlayıb, İrəvan küçələrində sürükləyər. Burası belədir. Amma nədənsə Moskva baş verənləri hələ də səbrlə izləyir. Görünür, Rusiyanın bu məsələdə geniş planı var və öz “ovunun” tələyə düşməsini gözləyir. Amma V.Putinin həmin “ovu” kimdir, Paşinyan, yoxsa daima özünü Moskvanın adamı kimi təqdim edən, amma Moskvadan istədiyi dəstəyi ala bilməyən R.Koçaryan? Hər şeyə az qalıb. Amma görünən odur ki, Ermənistan bu seçkidən qansız ötüşməyəcək. “Oyunçu aparsın” paşikcan...

Mətləb Salahov