"İrəvan sərhəd məsələsini qəsdən siyasiləşdirir" - İqor Korotçenko

31 May 2021 16:25 (UTC+04:00)

Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində ATƏT-in Minsk Qrupu həmsədrliyi nəzdində müşahidə qruplarının yerləşdirilməsi təklifi İrəvanın sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə qeyri-konstruktiv yanaşmasından irəli gəlir. SİA xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, İrəvan bu mövzunu qəsdən siyasiləşdirir.

“Paşinyan və onun ətrafı anlayır ki, bu mövzu Ermənistan ictimaiyyəti üçün xüsusi həssaslığa malikdir. Məhz bu səbəbdən İrəvan belə ekzotik təkliflər irəli sürür. Artıq aydın olur ki, Ermənistan bu məsələni sakit həll etmək istəmir və bu problemi qəsdən siyasiləşdirir”, – deyə ekspert qeyd edib