Aleyna Tilki yeni mahnısı ilə - ÖZ SÖZÜNÜ DEDİ

31 May 2021 17:02 (UTC+04:00)

Sevilən türk ifaçı Aleyna Tilki yeni mahnısı ilə dünya musiqi sektorunda öz sözünü deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gənc ifaçı "Retrograde" mahnısı ilə Avropa musiqi platformalarında xoş qarşılanıb. O, "Mənim tək məqsədim Aleynanı dünya musiqi sektorunda tanıtmaq idi və buna da nail oldum. Dünyada çox tanınan prodüserlərlə işləməyə başlamışam. Hədəfim isə dünyada sevilən və təqlid olunan bir sənətçi olmaqdır" deyib. O, eləcə də qeyd edib ki, artıq dünya markaları məni təqlid etməyə başlayıb.

Gülər Səfərova