Nigeriyada mədrəsəyə silahlı hücum - SON DƏQİQƏ

31 May 2021 16:07 (UTC+04:00)

Qərbi Afrika ölkəsi Nigeriyanın Niger əyalətində silahlı şəxslərin mədrəsəyə təşkil etdiyi hücumda 100-dən çox tələbə qaçırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə Niger Dövlət Polisi spikeri Wasiu A. Abiodun verdiyi açıqlamada, vilayətin Tegina bölgəsindəki Salihu Tanko Mədrəsəsinə motosikletlə gələn silahlı şəxslərin atəş açdığını bildirib. Abiodun hücumda 1 nəfərin həyatını itirdiyini və onlarla mədrəsə tələbəsinin qaçırıldığını bildirib. Qaçırılan tələbə sayının hazırda bilinmədiyini bildirən Abiodun, təhlükəsizlik qüvvələrinin hadisə yerinə göndərildiyini bildirib. Abiodun tələbələrin heç bir zərər görmədən xilas olacağını ifadə edərək xalqı sakit olmağa çağırıb.

Nigeriyanın Benue, Yayla, Katsina və Zamfara kimi əyalətlərində şagirdlər yanvar ayından bəri dəfələrlə məktəblərdən qaçırılmışdır. 20 aprel tarixində Kaduna əyalətindəki Green Field Şəxsi Universitetində silahlı şəxslər tərəfindən təşkil edilən hücumda 16 tələbə qaçırılıb. Nigeriya məktəblərini hədəf alan hücumlara görə bəzi əyalətlərdə təhsil dayandırılıb.

Qeyd edək ki, bu yaxınlarda ölkədə silahlı şəxslər motosikllərlə hücumlar təşkil etdikləri üçün bəzi əyalətlərdə motosiklin istifadəsi qadağan edilib.

Ziya Yaqubzadə