ANAMA ötən həftə 178 hektar ərazini minalardan təmizləyib

31 May 2021 15:01 (UTC+04:00)

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir həftə ərzində işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

ANAMA-dan SİA-ya verilən xəbərə görə, mayın 24-dən 29-dək işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 90, tank əleyhinə 14 mina, 75 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

178 ha ərazi mina və PHS-lərdən təmizlənib.