Qazaxıstanda koronavirusdan ölənlərin sayı 4 min nəfərə çatıb

31 May 2021 08:58 (UTC+04:00)

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 405 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 386 549, ölənlərin sayı isə 3 955 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 436 nəfər, hazırkı dövrədək isə 355 981 nəfər sağalıb.