Gəncə şəhərinin Gil-Torpaq Zavodunun bağçılıq sahəsi adlanan əraziyə gedən yolda kişi meyiti tapılıb. Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, kişi meyiti Gəncə çayının sağ sahilindəki yolun kənarına boşaldılmış çınqıl təpəciyinin arasından tapılıb.
30-35 yaş arasında olan cəsədin üzərində heç bir zorakılıq əlaməti yoxdur. Cəsədin bədənin əksər hissəsində döymə şəkillər var. Faktla bağlı araşdırma aparılır. Şəxsin kimliyi araşdırılır.
İlham Məmmədov