Çoxdandır gözlənilən UEFA Çempionlar liqası finalında "Mançester Siti “ və “Çelsi” qarşılaşıb. İki ingilis komandasından birinin kuboku evə aparacağı yarışda, 2-ci yarı bitməmiş, “Çelsi" fərqlənib. İki klub da özünə məxsus sürətli oyunu tətbiq etdiyi üçün matçda temp bir an olsa belə düşməyib.
Oyunda Tiaqo Silva, De Brune kimi ulduzlar zədələnərək meydanı tərk ediblər. Eyni zamanda, Azpilikueta da zədəyə məruz qaldı. Daha sonra Sterlingin yerinə Aqueronu meydana buraxan Mançester təmsilçisi yenə də qol arzusuna çata bilmədi.
Artırılan 7 dəqiqədə isə “Çelsi” müdafiədə əminliklə oynayırdı. Xüsusilə Kristensen proseslərə nəzarəti tam olaraq öz üzərinə götürmüşdü. Pep Qvardiolanın yetirmələri daha çox təzyiqli oynasalar da müdaifədə kobud səhvlər buraxırdılar.
Beləliklə, “Çelsi" layiq olduğu çempionluğuna çatdı. 42-ci dəqiqədə Havartz tərəfindən vurulan qol oyunda yeganə olub.