"Bir zamanlar Çukurova"dan - ŞOK SÜRPRİZ

29 May 2021 22:10 (UTC+04:00)

İstehsalı "TİMS&B Production's"ın olan, rejissoru isə Timur Savcı və Burak Sağyasar olan "Bir zamanlar Çukurova" serialından maraqlı xəbərlər var. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sevilən serialın 98-ci seriyasında layihəyə sevilən türk aktrisa İlayda Çevik daxil olub. Betül xarakterini canlandıracaq aktrisa bu qəhrəmanın seriala rəng gətirəcəyini də vurğulayıb.

Xatırladaq ki, sevilən aktrisa eləcə də, serialı ilk sezonundan izlədiyini və uzun müddətdir ekranlarda uğurla davam edən bu serialda rol almaqdan qürur duyduğunu vurğulayıb.

Gülər Səfərova