Baş prokurorun Azərbaycana rəsmi səfəri başlayıb

29 May 2021 20:01 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin mayın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə dair ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Səfərin gedişi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

https://youtu.be/053ck7dwwNA