Belarusiyaya qarşı sanksiyalar barədə - ABŞ ANONS ETDİ

29 May 2021 09:50 (UTC+04:00)

ABŞ, Avropa Birliyi və digər tərəfdaşlarla əməkdaşlıq edərək, Belarus səlahiyyətlilərinin əsas nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar hazırlayır və bu respublikadan əvvəllər çıxarılan 9 dövlət müəssisəsinə qarşı məhdudiyyətləri geri qaytarmaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bəyan edib.

Qeyd olunur ki, Minskə qarşı sanksiya tətbiqetmə planlarını əvvəllər ABŞ prezidenti Co Bayden elan etmişdi. Bildirilir ki, ABŞ prezident administrasiyasında açıqlandığı kimi, sanksiyalar davamlı insan haqları pozuntuları və korrupsiya, eləcə də 2020-ci ildəki saxta seçkilər və 23 may hadisələri səbəbindən tətbiq ediləcək.

Xatırladaq ki, Dövlətə məxsus müəssisələrə qarşı sanksiyalar 3 iyunda yenidən başlayacaq. Əlavə olaraq, Amerika və Belarus hava yollarının hər iki ölkədə uçmasına və eniş etməsinə imkan verən hava məkanının qarşılıqlı istifadəsinə dair Belarus ilə müqavilə dayandırılır.