Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

29 May 2021 00:41 (UTC+04:00)

Mayın 28-də Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
SİA xəbər verir ki, televiziya qülləsi Azərbaycanın Respublika Gününün 103-cü ildönümü münasibətilə bəzədilib.
Axşam saatlarından etibarən teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.
Azərbaycan bayrağı işıqlarla Azadlıq meydanında yerləşən Tbilisi Şəhər Şurasının (sakrebulo) binası üzərində də əks etdirilib.