Zöhrə Abdullayeva Xalq artisti adı almadığı üçün nələr demişdi

28 May 2021 18:38 (UTC+04:00)

Səhər saatlarında sevilən müğənni və əməkdar artist Zöhrə Abdullayevanı itirdik. SİA-nın verdiyi məlumata görə, sevilən sənətçi bir müddət öncə Tarix Əliyevə müsahibə verib.

Tarix Əliyev: "Zöhrə xanım bir çox sənətçilər ad aldılar. Nə deyə bilərsiniz bu barədə? sualına Zöhrə Abdullayeva: "Düzdü bir çoxları ad aldı. Həm də sənətə yeni gələnlər. Nə deyim? Mən 40 ildir səhnədəyəm və əməkdar artistəm. Bir çoxu etiraz edir sənətə yeni gələnlərin ad almağına. Mən bir söz demirəm. Layiqdirlər. Hamısını çox sevirəm. Röya da layiqdir. Çünki o qız çox əziyyətlər çəkib" demişdi.

Xatırladaq ki, sevilən müğənni uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi və müalicə alırdı. 68 yaşlı sənətçi səhər saatlarında dünyasını dəyişdi.

SİA adından sənətçinin ailəsinə baş sağlığı diləyirik.

Gülər Səfərova