Elza Seyidcahandan Hüseyn Memmedoğluna cavab FOTO

28 May 2021 17:07 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahanın "Korset" şeri uzun müddətdir dillərdən düşmür və qalmaqallar səngimək bilmir.

Əməkdar artist SİA-ya verdiyi açıqlamada şeirin artıq müxtəlif dillərə tərcümə edildiyini və trend olduğunu deyib. Sevilən müğənni və bəstəkar eləcə də klarnet ifaçısı Hüseyn Məmmədoğlu ilə yaranan qalmaqala da aydınlıq gətirib: "Cılız zarafatdır, reytinq xətrinə 10 milyon tamaşaçının hisslərini əzirlər, həm də sənətkarları aşağılayaraq”.

Xatırladaq ki, klarnet ifaçısı Hüseyn Məmmədoğlu əməkdar artist Elza Seyidcahanın şeirlərini tənqid etmişdi. O, "Həmin Zaur" verilişində Elza xanımın şerlərinin şairlər üçün təhqir olduğunu söyləmişdi. Klarnet ifaçısı: "məncə o, çox savadlı və gözəl bəstəkardır, amma şeirləri "hətələm-pətələmdir". Onun şeirlərini xoşlamıram, bəyənmirəm, burda nə var ki?" demişdi.

Gülər Səfərova