Şimali Koreyada dəhşətli hadisə

28 May 2021 11:29 (UTC+04:00)

Şimali Koreyada bir vətəndaş qanunsuz musiqi və film satdığı üçün 500 nəfərin gözü qarşısında güllələnərək edam edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, soyadının Lee olduğu öyrənilən adamın Cənubi Koreyadan gələn seriallar və filmləri özündə əks etdirən videolarda satıldığı və bu səbəbdən Şimali hakimiyyət orqanları tərəfindən "anti-sosialist ünsür" sayıldığı və cümə axşamı günü öldürüldüyü açıqlanıb.

Yayılan məlumatlara görə, Lee həbs olunduqdan 40 gün sonra Gangwon əyalətinin Wonsan şəhərində öz ailəsinin və 500 nəfərlik bir izdihamın qarşısında güllələnərək ölüb.

Arzu Elsevərqızı