Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib

28 May 2021 10:16 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasının 103-cü ildönümünü münasibətilə Azərbaycan xalqını təbrik edib.

SİA xəbər veir ki, C.Bayramov bu barədə "Twitter" səhifəsində yazıb.

“Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasının 103-cü ildönümünü böyük bir qürur hissi ilə - Zəfərimizlə qarşılayırıq! Bu əlamətdar gündə xalqımızı ürəkdən təbrik edir və müstəqilliyimizin əbədi olmasını arzu edirəm! Respublika Günümüz Mübarək”, - nazir tvitində deyib.