Gəncədə fərdi yaşayış evi yanıb, bir nəfər ölüb

27 May 2021 23:24 (UTC+04:00)

Gəncədə fərdi yaşayış evində yanğın baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Nizami qəsəbəsində baş verib.

İlkin məlumata əsasən, hadisə zamanı bir nəfər - 1958-ci il təvəllüdlü Füzuli Ələkbər oğlu Əliyev dünyasını dəyişib.

Yanğını söndürmək üçün əraziyə Kəpəz və Nizami rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Edilən müdaxilə nəticəsində alovu ram etmək mümkün olub.