Əli Bilgə Cankorelin vəzifəsinə 3 namizəd var

27 May 2011 13:09 (UTC+04:00)

ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə 3 namizəd var. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, namizədlər Fransa, Polşa və Türkiyə diplomatlarıdır. Seçim prosesi yaxın vaxtlarda başlayacaq.

Qeyd edək ki, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin səlahiyyət müddəti başa çatır. O, iyun ayının sonlarında Azərbaycanı tərk edəcək. Ə. B. Cankorel 2009-cu ilin aprelindən Azərbaycanda çalışır.