Araşdırmalar bir insanın ömrü boyu tökdüyü saçların ortalama miqdarının 950 kilometr məsafədə olacağını söyləyir. Bədənimizdəki demək olar ki, hər tük uzanır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saçların böyüməsinə gəlincə, səhv boyama prosedurları, hava çatışmazlığı və qidalanma tüklərin böyüməsinə maneə törədir. Əlbəttə ki, hamımız təbii saçlarımıza üstünlük veririk. Baxmayaraq ki, saç uzatma, parik və ya qaynaq kimi bir çox saç uzatma formulu var. Bu səbəbdən ən yaxşısı təbii saç böyütmə metodlarına müraciət etməkdir. Kartof isə vitamin və mineralla dolu quruluşu ilə saçları kökündən ucuna qədər düzəldərək, qulluq edir, güclü, yumşaq və ipək saçlara sahib olmağa kömək edir. Budur, saçları iki həftədə böyüdən kartof maskası reseptləri!
İlk resept
Materiallar
1-2 kartof
2 xörək qaşığı aloe vera gel
1 xörək qaşığı bal
Hazırlanması
Tətbiq
1-2 kartofun dərisini soyun və şirəçəkəndən suyunu çəkin. Əgər şirəçəkən yoxdursa, onu qarışdırıcıdan və süzgəcdən keçirin.
2 xörək qaşığı kartof suyunu, 2 xörək qaşığı aloe vera gelini (aloe vera yarpağını uzununa kəsib çiçəkçilərdən götürə bilərsiniz və ya onlayn aloe vera gel sifariş edə bilərsiniz) və 1 xörək qaşığı balı qarışdırın.
Bu qarışığı saç və saç dərinizə masaj edin.
Saçınızda 2 saat saxlayın.
Saçınızı şampunla yuyun.
Bu maskanı həftədə iki dəfə edin.
İkinci resept
Materiallar
1-2 kartof
1 yumurta
1 çay qaşığı sıxılmış limon suyu
İstəyə görə qatıq
Hazırlanması
Şirəçəkəndə 1 çiy kartofun suyunu çəkin. Şirəçəkən yoxdursa, çiy kartofu kartofdan suyu çıxarmaq və ya qarışdırıcıdan keçirtmək üçün süzgəcdən keçirə bilərsiniz.
Bu suya 1 yumurta, 1 çay qaşığı limon suyu və bir az qatıq əlavə edib, yaxşı qarışdırın.
Maskanı saçınıza və saç dərinizə çəkin və 20-25 dəqiqədən sonra saçlarınızı isti su ilə yuyun.
Sonra saçınızı şampunlayuyun. Hər 20 gündə bir bu saç maskasına davam edin.
Üçüncü resept
Materiallar
5 kartof
Su
Hazırlanması
Kartofları yaxşıca yuyun və bir-bir soyun.
Kiçik dilimlərə böldükdən sonra qarışdırıcıda əzin. İstəyirsinizsə, onu da sürtmək olar.
Çox qalındırsa, üzərinə bir az su əlavə edə bilərsiniz.
Əldə etdiyiniz püreni təmiz bir cunaya qoyun və suyunu çıxarın.
Əvvəlcə bu püreni saç dərinizə masaj edin.
Qalan suyu saçlarınızın uclarına çəkin.
Bu şəkildə 20-25 dəqiqə saxlayın. İstəsəniz bir qapaq da istifadə edə bilərsiniz.
Sonra saçlarınızı ilıq su ilə yuyun.
Bu maskanı həftədə bir və ya iki dəfə saçınıza çəkə bilərsiniz.
Ayşən Vəli