YAP Quba rayon təşkilatının videoformatda növbəti iclası keçirilib - FOTOLAR

27 May 2021 15:58 (UTC+04:00)

YAP Quba rayon təşkilatı idarə heyətinin videoformatda növbəti iclası keçirilib. İclasda çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov gündəlikdə olan məsələlər barədə məlumat verib.

Rayon təşkilat sədri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına nəzər salaraq, ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olduğunu bildirib.

Qeyd edib ki, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi: "23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Dünya birliyi tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycan dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır".

Rayon təşkilat sədri bildirib ki, XX əsrin sonlarında yenidən müstəqilliyə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderin bu siyasətini bu gün də Cənab Prezidentimiz İlham Əliyev uğurla, yaradıcı şəkildə davam etdirir. Bu uğurlu siyasətin nəticəsidir ki, 44 gün davam edən Vətən müharibəsində böyük Zəfər qazandıq. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Bu qələbə sevincini bizə yaşatdığına görə Ali Baş Komandanımız,Azərbaycan Prezidenti İlham Əliyevə, müzəffər, rəşadətli Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildiririk.Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Daha sonra Y.Abidov rayon təşkilatının gördüyü işlər barədə məlumat verdi. Bildirdi ki, 2021-ci ilin 5 ayı ərzində partiya sıralarına tərəfimizdən 433 nəfər üzv qəbul edilmişdir. Təşkilatımız tərəfindən partiyanın keyfiyyət baxımından boy sıralarının artırılmasına xüsusi diqqət yetirilir.

Daha sonra YAP Quba rayon təşkilatı qadınlar şurasının gördüyü işlər barədə Qadınlar Şurasının sədri Aysel Şeydayevanın hesabatı dinlənildi.

Sonra çıxış edən rayon ilk ərazi partiya təşkilat sədrləri Humay Məmmədova, Nisim Nisimov, Rəxşəndə Bayramova 28 May Respublika Günü ilə əlaqədar təbriklərini çatdırdılar, təəssüratlarını bölüşdülər.

Nəzakət ƏLƏDDİNQIZI