Borderline şəxsiyyət pozuntusu və intiharlar - ANALİZ

27 May 2021 14:52 (UTC+04:00)

Borderline şəxsiyyət pozuntusu

Şəxsiyyət pozğunluqları, uzunmüddətli, davamlı olaraq müşahidə edilə bilən davranış, idrak və zehni xəstəliklər sinifidir. Bu sinifə aid olan xəstəliklərdən biri də “Borderline” şəxsiyyət pozuntusudur.

Borderline şəxsiyyət pozuntusunun tarixi

Hələ qədim zamanlardan Homer, Aretaeus, Hippokrat ruh hallarının kəskin dəyişməsi ilə bağlı fikirlərini irəli sürmüşdürlər. Konsepsiyanın əsasını Theophile Bonet təşkil etmişdir və ilkin mühazirələrini irəli sürmüşdür. "Borderline" termini ilk dəfə 1938-ci ildə ABŞ-da tətbiq olundu. Bu, erkən psixiatrlar tərəfindən "şizofreniya"ya doğru gedən insanları təsvir etmək üçün istifadə edilən bir termin idi. O dövrdə nevroz xəstələrinin müalicə edilə bildiyinə inanılırdı, psixozu olan insanlar isə müalicə olunmaz sayılırdı. Psixatrianın növbəti inkişaf mərhələləri ilə psixozlar daha dərin araştırılaraq təhlil edilmişdir.

Sonra 1970-ci illərdə sərhəd şəxsiyyəti pozğunluğunu daha dərindən başa düşməyə başladılar. Otto Kernberg kimi psixoanalitiklər "Borderline" terminini psixoz və nevroz arasındakı şəxsiyyətin orta səviyyəsi olaraq təyin etdilər. BPD olan insanlar şəxslərarası münasibətlərdəki sıx uyğunsuzluq, yersiz-güclü hirs, təkrarlanan intihar təhdidi və davranışları, reallığın qiymətləndirilməsindəki qüsurlar, özünə zərər verən davranışlar sərgiləyən şəxslər kimi qeyd edilir.

Pozuntunun etiologiyası:

Uşaqlıqda fiziki, cinsi və emosional istismarlar, uyğun olmayan tərbiyə etmə yöntəmləri, şəxsiyyətin həssas formalaşdırılması, beyində baş verən anomaliyalar, hormonlarda baş verən dəyişkənliklər (qadınlarda estrogen), genetik amillər xəstəliyin etiologiyasını təşkil edir.

Pozuntu mövcud olan şəxslərdə onun daha da inkişafını təmin edən bəzi səbəblərdə ola bilər. Bunlara uşaqlıq travmaları, sonrada yaranan nevroloji problemləri aid edə bilərik.

Təsadüfi seçilmiş psixoloq və psixiatrlar, şəxsiyyət pozğunluğu olan 524 yetkin "Borderline" xəstələrini təhlil etmişdir. Ailə mühiti, valideyn psixopatologiyası və istismarlar bir çox regresiya analizində BPD simptomlarını üzə çıxarmışdır. Psixoloq və psixatrların bu araşdırması və apardıqları təcrübələr cinsi istismarın və ailə mühitinin BPD simptomlarının üzə çıxmasına kömək etdiyini aşkara çıxarmışdır.

Pozuntunun yayılma arealı, faizi və görülmə tezliyi:

Pozuntunun görülmə tezliyi 1-2% təşkil edir. Gənc yetişkinlərdə daha çox görülür.

"Borderline" pozuntusu olan, qismən xəstəxanaya yerləşdirilən və ya 6 aylıq dövrlər arasında intihar etməyə cəhd edən və ya özünü zərər verməyə çalışan xəstələrin statistikası;

Pozuntu qadınlarda kişilərə nisbətən üç dəfə daha çox yayılır. Bununla birlikdə, DSM-IV-də müəyyənləşdirildiyi kimi, BPD-nin yayılması, Amerika əhalisinin kişilərin 5.6 %-da və qadınların 6.2 %-də olduğu təsbit edilmişdir. "Borderline" pozğunluğu səbəbi ilə 20 % xəstə psixiatrik xəstəxanalara yerləşdirilmiş və ambulator xəstələrin 10 % arasında bu pozuntunun meydana gəldiyi təxmin edilmişdir.

2007-ci ildə ABŞ-da yeni məhkumların 29,5 %-i BPD-nin ümumi diaqnozuna uyğun olmuşdur. Bunun həbsxana əhalisinin 17 % olduğu düşünülür. Bu yüksək rəqəmlərin səbəbi, BPD xəstələrinin yüksək maddə asılılığı və maddə istifadəsi pozğunluqları ilə əlaqəli ola bilər.

Pozuntunun əlamətləri, inkişaf tempi və klinik göstəriciləri

Aşağıdakı əlamətlərdən ən azı beşi ilə müəyyən edilə bilər:

Erkən yetkinlikdən başlayaraq şəxsiyyətlərarası münasibətlərdə, özünü qavrayışda və ümumi münasibətlərdə uyumsuzluq;

Tərk edilməmək üçün çox əsəbi bir cəhd göstərmək

Digərlərini gözündə həddən artıq böyütmə və ya həddən artıq aşağı, əskik görmə kimi uyğunsuz və gərgin şəxsiyyət münasibətləri;

Şəxsiyyət qarışıqlığı;

Ən azı iki impulsivlik (dürtüsəllik) - həddən artıq pul xərcləmək, seksuallıq, maddə asılılığı, təhlükəli sürücülük və s;

Təkrarlanan intihar cəhdləri, intihar yolu ilə qarşısındakını qorxutmağa çalışması;

Duyğularda tutarsızlıq və uyğunsuzluq;

Davamlı bir boşluq hissi;

Yersiz şiddətli qəzəb, qəzəbi idarə etməkdə çətinlik;

Gərginliklə əlaqəli müvəqqəti şübhə düşüncələri və ya kəskin həll əlamətləri;

"Borderline" şəxsiyyət pozuqluğunda adam özünü gözəl, müvəffəqiyyətli hiss edərkən birdən dəyişənlik göstərərək özünü çox əhəmiyyətsiz biri olaraq qəbul edə bilir. Həddən artıq emosional olurlar. Gənc yaşlarda başlayan, insanlarla olan əlaqələrdə, “mən” anlayışında və duyğularında uyğunsuzluqlar və ani impulsiv davranışlarla xarakterizə olan bir vəziyyətdir. Bu şəxsiyyət pozğunluğu üç əsas məqam üzərindəki problemlərə diqqət yönəldir: insanlarla əlaqələrdə , mənlik anlayışında və duyğulardakı kəskin dəyişkənliklərə. "Borderline" şəxsiyyət pozuntusu görülən şəxslər üçün güvən çox kövrək bir hissdir. Bu kəslərin özlərinə güvən duyğuları çox kövrək olduğu üçün insanlar tərəfindən qəbul edilməyə ya da rədd edilməyə qarşı həddindən artıq dərəcədə həssasdırlar. Həddindən artıq tərk edilmə qorxusu yaşayarlar. Tərk edilmə duyğusunun yaratdığı paniklə davamlı mübarizə edərlər. Bunu maneə törətmək üçün təhdid etmə, intihar etmək kimi yollara müraciət edə bilərlər. Impulsiv cinsi əlaqələrində, partner dəyişimləri sıxlıqla görülə bilər. Qəzəblərini nəzarət etmədə çətinlik yaşayarlar və bəzən çox aqressiv ola bilirlər.

Depressiyaya meyillidirlər. Depressiya "Borderline" pozğunluğu olan insanlarda geniş görülür. Affektdəki kəskin dəyişikliklər, yəni əhval-ruhiyyədəki davamlı dəyişməsi "Borderline" pozuntusunun bir ruh pozuntusu (bipolar bozukluk, yəni manik depresif bozukluk) sinifində nəzərə alınmalı olub olmadığını gündəmə gətirmişdi. Psixiatriyada ICD-10 təsnifatında Borderline şəxsiyyət pozuntusu olaraq qəbul olundu. Bu mövzuda araşdırmalar davam etsə də, "Borderline" hələ də şəxsiyyət pozuntusu olaraq qəbul edilməkdə davam edir.

Pozuntunun müalicəsi:

Uzun müddətli psixoterapiya hazırda BPD üçün uyğun müalicədir. Psixoterapiya, xüsusən dialektik davranış terapiyası və psixodinamik yanaşmalar təsirli olsa da, təsirləri zəifdir. Terapiyanı aparan onun təsirli olması üçün illərlə çalışmalıdır və təcrübə sahibi olmalıdır.

Daha kəskin üsullarla müalicələr əhəmiyyətli dərəcədə yaxşı deyil. Altı belə müalicə mövcuddur: dinamik dekonstruktiv psixoterapiya (DDP), mentalizasiya əsaslı müalicə (MBT), köçürmə mərkəzli psixoterapiya, dialektik davranış terapiyası (DBT), ümumi psixiatrik idarəetmə, və şema mərkəzli terapiya(sxem mərkəzli terapiya). DBT ən çox öyrənilən terapiya olsa da, bütün bu müalicə üsulları şemaya yönəlmiş terapiya xaricində BPD-nin müalicəsi üçün təsirli görünür. Bu terapiya özünə xəsarət yetirməyə cəhdlərin azaldılmasında kömək edir.