Bir əsr əvvəl nəsli kəsildiyi düşünülərkən - SAĞ TAPILDI

27 May 2021 12:44 (UTC+04:00)

Sonuncu dəfə 1906-cı ildə görülən nəhəng tısbağanın "Galapagos" adalarında tapılan və bir əsr əvvəl nəsli kəsildiyi düşünülən bir növə aid olduğu təsdiqlənib. SİA-nın verdiyi məlumata görə, dişi tısbağa 2019-cu ildə Fernandina adasında ekspedisiya zamanı görülüb.

Alimlər dişi tısbağadan "Chelonoidis phantasticus" növünün bir erkəyinin qalıqları ilə müqayisə etmək üçün nümunələr götürüblər. Bu növ son dəfə 1906-cı ildə Kaliforniya Elmlər Akademiyası tərəfindən görülüb, bitki və heyvanat aləmi üzərində geniş araşdırmalar aparmaq üçün "Galapagos" adalarına getmişdi. 100 yaşından yuxarı olduğu təxmin edilən nəhəng "Fernandina" tısbağası "Santa Cruz" adasındakı damazlıq mərkəzində saxlanılır.

Ziya Yaqubzadə