Aerobika gimnastikası üzrə dünya çempionatı başlayır - BAKIDA

27 May 2021 09:28 (UTC+04:00)

Bu gün Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı start götürəcək. SİA-nın məlumatına görə, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi yarışda 22 ölkədən 171 idmançı qüvvəsini sınayacaq.

3 gün davam edəcək mundialda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək.

Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.