Bakının Xətai rayonunda 19 yaşlı gənc bıçaqlanıb

27 May 2021 02:33 (UTC+04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Qarayev Orxan Elçin oğlu naməlum şəxslərlə dava zamanı onun qol, baş və ayaq nahiyələrinə ümumilikdə beş bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.