Türkiyənin paytaxtı Ankarada Olimpiya sınaq yarışları keçirilir.
SİA-nın məlumatına görə, turnir Sinan Örənin 300 metr məsafəyə qaçmaqda rekord vurması ilə əlamətdar olub.
Atlet Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı idmançı Ramil Quliyevin göstəricisini arxada qoyub. Vətəndaşlığını dəyişən təmsilçimizin rekordu 32,61 saniyəyə bərabərdir.