Fransa bəzi ölkələrdən gələnlərə məcburi karantin tətbiq edəcək

26 May 2021 23:53 (UTC+04:00)

Fransa COVID-19-a qarşı mübarizə məhdudiyyətlərini artırır. Ölkədə aşkarlanan koronavirusun Hindistan ştammının sürətlə yayılması narahatlıq doğurub. Birləşmiş Krallıqdan gələnlərə qarşı məcburi karantin rejimi tətbiq olunacaq.
SİA xəbər verir ki, bu haqda Fransa Nazirlər Şurasının iclasından sonra hökumətin sözçüsü məlumat verib. Bildirib ki, Böyük Britaniyadan gələnələrə məcburi karantinin tətbiq edilməsi yaxın saatlarda elan ediləcək. Beləliklə, Böyük Britaniya da səyahətçiləri on günlük məcburi karantin rejimi tətbiq olunan ölkələrin uzun siyahısına qoşulur: Argentina, Bəhreyn, Banqladeş, Braziliya, Çili, Kolumbiya, Kosta Rika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika, Hindistan, Nepal, Pakistan, Qətər, Şri Lanka, Türkiyə, Uruqvay, həmçinin Qvineya.
Karantin rejimi tətbiq olunan səyahətçilərin bu rejimə riayət etməsi polis tərəfindən ciddi yoxlanılacağı və karantin rejiminə riayət etməyənləri 1000-1500 avro civarında cərimə ediləcəyi bildirilir.
Qeyd edilir ki, Almaniya, Böyük Britaniya və Fransadan gələn səyahətçilərə karantin rejimi tətbiq etdiyi üçün Fransa da müvafiq qərarı qəbul edib.