Məşhur Hollivud aktyoru - TANINMAZ HALDA

26 May 2021 21:22 (UTC+04:00)

Məşhur Hollivud aktyoru Mark Vahlberq yeni film cəkilişi üçün 13 kiloqram kökəlib. SİA-nın verdiyi məlumata görə, o, yeni çəkiləcək filmdə bir döyüşçünü canlandırmaq üçün bu dəyişimi keçirib. "Father Stu" adlanan filmdə aktyor üçün xüsusi qida proqramı da təyin olunub.

Xatırladaq ki, 58 milyon dollar ilə ilin ən çox qazanan 3 aktyorundan biri seçilən Mark Vahlberq filmdə əvvəllər boksçu olub sonra isə rahib olan bir amerikalını canlandırıb.

Qeyd edək ki, 49 yaşlı aktyor bu film üçün gündə 8 dəfə yeməli olub. Üstəlik səhərlər də 12 yumurta yeyib. Aktyor bu film üçün çəkisini daha 10 kiloqram da artırmalıdır.

Gülər Səfərova