Nizami Xudiyev dəfn olunub - FOTO

26 May 2021 18:26 (UTC+04:00)

AzTV-nin keçmiş sədri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev bu gün günorta saatlarında dəfn olunub. SİA-nın verdiyi məlumata görə, dəfn mərasimi "Qurd Qapısı" qəbiristanlığında həyata keçirilib. Mərasimdə mərhumun ailə üzvləri və yaxın dostları iştirak edib.

SƏS Media Qrupunun rəhbərliyi və kollektivi adından mərhum Nizami Xudiyevə Allahdan rəhmət diləyir, ailə üzvləri və yaxınlarına başsağlığı veririk.

Allah rəhmət etsin!

Qeyd edək ki, Nizami Xudiyev 23 may 2021-ci ildə böyrək çatışmamazlığından vəfat edib.