Milli Məclisin deputatı Qənirə Paşayeva YUNESKO-nun Qadınlar Konfransında iştirak etmək üçün bu gün İsraildə səfərdə olacaq. SİA-nın məlumatına görə, ölkənin Hayfa şəhərində keçiriləcək tədbirdə deputatımız qadınların ictimai-siyasi həyatda iştirakı barədə müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, Azərbaycan qadınlarının müxtəlif sahələrdə qazandıqları uğurlardan və dünyada qadın hüquqları ilə bağlı mövcud problemlərdən söhbət açacaq.
Səfər müddətində Qənirə Paşayevanın dünyanın müxtəlif ölkələrindən gəlmiş qadın millət vəkilləri, ictimai-siyasi xadimlər və işgüzar qadınlarla görüşləri nəzərdə tutulur.
Daha sonra deputatımız Avropa Şurası Parlament Assambleyasının xətti ilə iyunun 4-dən 7-dək Makedoniyada və iyunun 8-dən 13-dək isə Türkiyədə keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak edəcək.