Koronavirusa yoluxanlar bunları etməlidir - DİQQƏT EDİN

26 May 2021 15:56 (UTC+04:00)

Türk kardiologiya mütəxəssisi həkim Bahadır Şarlı, koronavirusdan xilas olan insanların aktiv olmalarını tövsiyə edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həkim koronavirus epidemiyasının ürəyə təsiri ilə bağlı açıqlamalar verib.

Aşkar xəstəlikləri olanların xəstəxanaya müraciət etmələri lazım olduğunu söyləyən həkim koronavirus səbəbi ilə ürək tutulması fərqli şəkildə baş verə biləcəyini vurğulayıb: “Bunlardan biri də bunun ən bariz nümunəsi olan ürək əzələsinin birbaşa iştirakıdır. Təzyiq, ağrı və sinənin ortasında yanma şəklində şikayətləri olan və bu koronavirus infeksiyasına yaxınlarda tutulmusunuzsa, diqqətli olmalısınız. İnfarkt aşkarlanması çox asan olan bir xəstəlikdir. Simptomları olan insanlar dərhal xəstəxanaya müraciət etməlidirlər. Ürək əzələsində 'miyokardit' adlanan iltihab ola bilər. Bu vəziyyətdə ürək əzələsində zəiflik və çatışmazlıq meydana gəlir. Belə bir vəziyyətdə ürək ultrasəs müayinəsinə baxmaq lazımdır. Dəstəkləyici müalicəyə başlanırsa xəstəlik ümumiyyətlə müvəqqətidir”.

Hərəkət edin

Koronavirusun laxtalanma riskini artırdığını vurğulayan həkim sözlərinə belə davam edib: "Ayaq damarlarında laxtalanmaların inkişafı və daha sonra bu laxtanın ürək vasitəsilə pulmoner venaya doğru irəliləməsi nəticəsində ölümcül pulmoner emboliya hallarına daha çox rast gəlirik. Diaqnoz qoyulduqda müalicəsi çətindir. Dərmanlar iynə şəklində verilir. Koronavirusdan sağ çıxan insanların aktiv olmalarını, bir yerdə dayanmamalarını və bir neçə ay aspirin istifadə etmələrini tövsiyə edirik”.

Ürək xəstəlikləri gənclərdə də olur

“İnsanlar koronavirus səbəbiylə xəstəxanaya gəlməkdən qorxurlar və bu səbəbdən bəzən müalicələrini təxirə salırlar. Diabet, yüksək təzyiq və siqaret risk faktorlarıdır. Bu risk faktoru 40 yaşdan yuxarı olan insanlarda daha çox görülür. Lakin, 40 yaşın altındakı infarkt hallarına da rast gəlirik. 20 yaşlarında angioqrafiya xəstələrimiz var. Bu gənclərdə də görülə bilər”.

Ayşən Vəli