Şəhriyar mübarizəni dayandırıb, 1/4 finala yüksəlib

26 May 2021 02:26 (UTC+04:00)

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, "The FTX Crypto Cup"un üçüncü yarış günündə daha 5 tur oynanılıb.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov son günün oyunlarında 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Bununla da o, 7,5 xalla 10-cu yeri tutub və turnirdə mübarizəni dayandırıb.

Teymur Rəcəbov son oyun günündə 1 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Yekunda 8,5 xal toplayan Teymur Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bununla da, qrossmeysterimiz 1/4 finala yüksəlib.