""YAŞAT” Marafonu bizim birliyimizin nümayişidir" SƏDR DANIŞDI

25 May 2021 17:16 (UTC+04:00)

“Mən hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonunun keçirilməsi çox böyük işdir. Bunu davam etdirmək lazımdır. Marafon üçün çox böyük həvəslə addımlar atılır”. Bu fikirləri SİA-ya Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov deyib.

Sədr sözlərinə belə davam edib: “Xüsusilə Yaşat Fondunun bu işə qoşulması həddindən artıq vacibdir. Həm şəhid ailələri, həm qazilərimiz hamıdan yaxşı yaşayan insanlar qrupuna aid olmalıdırlar. Hər birimiz əlimizdən gələn köməkliyi göstərməliyik. Bu bizim birliyimizin nümayişidir. Bu birlik daim davam etdirilməlidir. Biz həm müharibə dövründə birlikdə olduq, bir yumruq olduq, indi də bir yerdəyik və gələcəkdə də birlik olub birlikdə addım atacağıq”.

Ayşən Vəli