Azərbaycanda 545 nəfər COVID-19-dan sağalıb

25 May 2021 16:35 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.